15 avqust tarixində riyaziyyat, informatika, musiqi, rus dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsahibələrə Naxçıvan Muxtar Respublikası üzrə 47 nəfər olmaqla, ümumilikdə 987 nəfər dəvət olunub. Onlardan 810 nəfər müsahibə mərhələsində iştirak edib.
 
Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.