Göygöl rayonunda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda təşkil edilən tədbirlər  davam edir. Növbəti maarifləndirici tədbir şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədovadan aldığımız  məlumata görə,  tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil, polis şöbələrinin əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.  Məktəbin direktoru Ayşən İsgəndərova gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb.

 

Göygöl Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Paşa Abbas narkomaniya və onun fəsadları barədə çıxış edib.

 

Digər çıxışlar da olub.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV