Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda “Təsviri incəsənət” kafedrasının təşəbbüsü ilə dizayn ixtisasında təhsil alan tələbələrin yay tədris təcrübə işlərindən ibarət sərgi açılıb.

 

AzMİU-dan verilən məlumata görə, sərginin açılışında çıxış edən memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və “Təsviri incəsənət” kafedrasının müdiri Elturan Avalov nümayiş olunan işləri yüksək  dəyərləndiriblər. Sərgidə. tələbələrin memarlıq abidələri, təbiət mənzərələri, Bakı məhəllələri ilə bağlı rəsmləri nümayiş olunur. İşlər arasında qrafik janrda çəkilmiş təcrübə işləri üstünlük təşkil edir. Memarlıq fakültəsinin dizayn ixtisasının 166 a1 tələbəsi Dəniz Baxışzadənin  işlədiyi tarixi binaların təsvirləri daha çox diqqəti cəlb edib və sənətsevərlər tərəfindən bəyənilib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova belə sərgilərin  keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Tələbələrin əl işlərini yüksək qiymətləndirən rektor gələcəkdə belə sərgilərin davamlı olmasını arzulayıb.

 

Qeyd edək ki, sərgi aprelin 10-dək davam edəcək.

 

Sifai SƏFƏROVA