Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının VII sinif şagirdi, Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində vokal dərsləri alan Ayla Kəlbiyeva Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Vokal Musiqi Məktəbinin martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim etdiyi “Baharın səsi” adlı konsert proqramında  Fidan Hacıyevanın ifalarından birini fortepianoda Ayla Kəlbiyeva müşayiət edib. Hazırda gimnaziyanın əməkdar müəllimi Nigar  Nəcəfovadan fortepiano ixtisası üzrə təhsil alan Ayla Kəlbiyeva  beynəlxalq  müsabiqələr və festivallar qalibidir.

 

Sifai SƏFƏROVA