Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Beynəlxalq konfransın təşkilatçıları AMEA-nın TarixŞərqşünaslıq və Elm Tarixi institutlarıdır.

 

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.