Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) Ümumi yığıncağı keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İEB-in gündəliyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti Ümumi yığıncaqda bölməyə daxil olan akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayıb.

 

Ümumi yığıncaqda akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

 

Hesablayıcı komissiyanın bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə yaradıldığını deyən akademik İEB-in bugünkü iclasında seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.

 

Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutu və  akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

 

Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.