AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Almaniyanın Drezden Texniki Universitetinin Meşə Artımı departamentində elmi-tədqiqat işləri aparıb.

 

Tədqiqatlar zamanı Azərbaycanın müxtəlif ərazilərində yayılmış palıd ağaclarından toplanmış nümunələrin müqayisəli dendroxronoloji analizləri aparılıb, iqlim amillərinin təsiri ilə ağacların illik halqalarında baş vermiş dəyişkənliklər araşdırılıb.

 

Gənc tədqiqatçının apardığı araşdırmalar Almaniya Akademik Mübadilə Proqramının (DAAD) 2018-2019 akademik ili üçün elan etdiyi tədqiqat təqaüdü programının dəstəyi ilə 2 ay müddətində davam edib.