Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ölkəmizin həyatında ən vacib mədəni tədbirlərdən biri olan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

 

Əl Oyunları Sarayında üç gün davam edəcək sərgidə MEK tərəfindən  əsasən Azərbaycan həqiqətlərini və Qarabağ problemini özündə əks etdirən, nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə müxtəlif dillərdə hazırlanmış kitablar sərgilənir.

 

C.Əliyev və B.Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, B.Budaqovun “Turkic toponyms of Eurasia”, Y.Mahmudovun “Orta əsrlər tarixi”, G.Məmmədova və Z.Məmmədovanın “Orta əsrlər memarlığı ( VIII-XIV əsrlər”, R.Əmənzadənin “Azərbaycan memarlığı XV-XIX əsrin əvvələrində”,R.Əbdülrəhimov və N.Abdullayevanın “Erkən kapitalizm dövrünün memarlığı (XIX-XX əsrin əvvəli)”, N.Nağıyev və F.Hüseynovun “Azərbaycan Respublikasının müasir dövr memarlıq tarixi” kitabları, Naxçıvan Ensiklopediyası, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Molla Cümə, Xətai, Aşıq Ələsgər, Qövsi Təbrizi, Məhəmməd Hüseyn Şəhriyar, Mirzə Əli Möcüz, Saib Təbrizi, Kişvəri, Zəlimxan Yaqubun əsərləri, eləcə də Nadir Əbdürrəhmanov, Səttar Bəhlulzadə, Tahir Salahov, Elbəy Rzaquliyev, Fuad Əbdürrəhmanov, Kamil Əliyev, Ömər Eldarov,  Mikayıl Abdullayev kimi məşhur rəssam və heykəltəraşların sənət nümunələri sərgidə nümayiş olunur.

 

Kitabsevərlər, sərgi iştirakçıları və xarici qonaqlar MEK-in stendində nümayiş edilən kitabları 29 sentyabr tarixində hədiyyə ala bilərlər.