Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları Naxçıvan Dövlət Universitetinin (NDU) I kurs tələbələri ilə görüş keçirib.

 

Tədbirdə çıxış edən Fondun Gənclər təşkilatları və Gənclərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasında, ictimai fəallığın artırılmasında, onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsində fondun perpektivli fəaliyyətindən danışıb. Bugünkü görüşün məqsədinin universitetə yeni qəbul olunan tələbələri fond haqda məlumatlandırmaq, tələbələrlə, gənclər təşkilatlarının rəhbərləri ilə görüşmək, onların problemləri ilə maraqlanmaq, gələcək planlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olduğu bildirilib. Fonda təqdim edilən layihələrin gənc nəslin ictimai fəallığında artan rolundan, innovativ ideyaların yaradıcı təşəbbüslərin formalaşmasında göstərdiyi xidmətlərdən ətraflı söhbət  açılıb.

 

Sonra fondun Gənclər təşkilatı və Gənclərlə iş şöbəsinin mütəxəssisi Xanım İbrahimova Gənclər Mərkəzində fəaliyyət göstərən xarici dil kurslarından danışıb.

 

Universitetin Həmkarlar İttifaqı komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov keçirilən tədbirin tələbələrin maariflənməsində əhəmiyyətli rol oynadığına toxunub.