Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “Clarivate analytics” cəmiyyətinin seminarı keçirilib. İnstitutdan verilən məlumata görə, məruzəçi cəmiyyətin təlim proqramları və elmmetriya üzrə mütəxəssisi İneş Kenjina olub. Mövzunun aktuallığından danışan məruzəçi bildirib ki, 2016-cı ilin oktyabr  ayında AMEA ilə  dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Clarivate analytics” cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları “Clarivate analytics” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edib.

 

İ.Kenjina  bildirib ki, seminarda məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.

 

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.