Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali məktəbə bu il qəbul olunmuş tələbələrlə görüşüb.

 

Rektor bildirib ki, peşə-ixtisas seçimi hər bir insanın həyatında mühüm əhəmiyyət kəsb edir: “Düzgün peşə-ixtisas seçimi insanın gələcək karyerasının təmin edilməsi üçün başlıca amildir. Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər. Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərinizdə əzmlə çalışmalı, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız”.

 

Nurlana Əliyeva Azərbaycanın dövlət müstəqilliyinin 28 ildəki uğurlarını sadalayaraq,     ümummilli lider Heydər Əliyevin zəngin həyat təcrübəsi, böyük idarəçilik bacarığı, müdrik və uzaqgörən siyasəti ilə qazanılan naliyyətləri xüsusi qeyd edib. Prezident  İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi,  müasirləşməsi,  beynəlxalq siyasi nüfuzunun yüksəlməsi, o cümlədən təhsilə dövlət tərəfindən göstərilən qayğını da tələbələrin diqqətinə çatdırıb.