Bakı Mühəndislik Universitetinin (BMU ) Dünya iqtisadiyyatı kafedrasının müdiri Şəhriyar Muxtarovun və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini Elsəvər İbadovun müəllifi olduğu məqalə “Journal of international Studies” jurnalında nəşr edilib. Jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir və impakt faktoru 1.10-dur.

 

Məqalədə İordaniya timsalında birbaşa  xarici investisiyaların ixrac üzərində təsirləri 1980-2018 –ci illərə aid illik statistik məlumatlardan istifadə edilərək “ARDL” metodu vasitəsilə analiz edilib. Tədqiqat nəticələri əsasında İordaniyada ixracın artırılması və davamlı inkişafın təmin edilməsində xarici investisiyaların roluna toxunulub və bu istiqamətdə bir sıra təkliflər irəli sürülüb.