Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib.

 

Azərbaycanın, demək olar ki, bütün  ali təhsil müəssisələri sərgidə iştirak edir. Sərgiyə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU ) də qatılıb.  

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov sərgidə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramova universitetin tədris və elmi fəaliyyəti, professor-müəllim heyətinin çap edilən kitabları, bukletləri, müəllim və tələbələrin əl işləri barədə ətraflı məlumat verib.

 

ADPU-nun stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.