Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına böyük ictimai maraq və dəstək davam edir. 

 

Daha bir dəstək Bakı Slavyan Universitetinin tələbələrindən gəlib. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP ) Gənclər Birliyinin, YAP Nəsimi rayon təşkilatının və adıçəkilən universitetin rektoru, professor Nurlana Əliyevanın dəstəyi ilə tələbələr fleş-mob keçiriblər. Fleş-mobda tələbə-gənclər “Qarabağ Azərbaycandır və nida” şüarını nümayiş etdiriblər.

 

Xatırladaq ki, Prezident İlham Əliyev sessiyadakı çıxışında  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırmış,  xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü əsas tutaraq, Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu tək cümlə ilə belə ifadə etmişdi:”Qarabağ Azərbaycandır və nida işarəsi”.