Osloda 2019-cu il üzrə  Nobel  Sülh Mükafatına  "Regionda sülhün  nizamlanması sahəsində  göstərdiyi səylərinə görə"  Efiopiyanın Baş naziri Abiy Əhməd Əli layiq görülüb. 

 

Bu barədə  Osloda   Norveç Nobel komitəsi açıqlama yayıb.  Komitə  2018-ci ildən Efiopiyaya rəhbərlik edən  baş nazirin sülh  və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səyləri,  xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüslərini yüksək qiymətləndirib.

 

Oruc MUSTAFAYEV