Bakı Slavyan Universitetinin (BSU) Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetində (ÇMTU) "İnformasiya cəmiyyəti şəraitində ali təhsilin rəqabətqabiliyyətliliyi" mövzusunda keçirilən II Beynəlxalq elmi-praktik konfransda çıxış edib.

 

Konfransda iştirakı çərçivəsində Y. Alxasov Ukraynanın bu ali təhsil müəssisəsində fəaliyyət göstərən BSU-nun Ukrayna-Azərbaycan Mədəniyyət Mərkəzində olub. BSU-nun nümayəndəsi mərkəzə yeni kitab və hədiyyələr bağışlayıb,  həmçinin Azərbaycanda ali təhsilin inkişaf istiqamətləri  haqqında məruzə ilə çıxış edib. Y. Alxasovun məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Tədbirdə norveçli qonaq, professor Yan Urban Sandal, ÇMTU-nun dosenti Anna Verbitskaya, dosent Anna Divnich, ukraynalı və xarici tələbələr iştirak ediblər.

 

Sonda Y.Alxasov iştirakçıların suallarını cavablandırıb.