Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Macarıstanla humanitar elm sahəsinə dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.

 

Hər iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən və bu münasibətləri daha geniş müstəvidə inkişaf etdirməyin, o cümlədən müxtəlif elm sahələri üzrə davam etdirməyin zəruriliyindən danışılıb, müqavilənin humanitar elm sahələrində hər iki ölkənin alimlərinin tədqiqat imkanlarının genişləndirilməsinə şərait yaradacağı vurğulanıb.

 

AMEA-nin  akademik-katibi, akademik  Teymur Kərimli və Macarıstanın İrs Evinin İncəsənət direktoru İştvan Pal folklorşünaslıq sahəsində etnoqrafik tədqiqatlar, xalq rəqsi və xalq musiqisi topluları ilə bağlı birgə tədqiqat layihələrinə start vermək və digər istiqamətlərdə fəaliyyətə dair əməkdaşlıq sazişi imzalayıblar. Bundan başqa, AMEA-nın Folklor İnstitutu ilə də niyyət protokolu imzalanıb.

 

İmzalanma mərasimində Macarıstan səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və başqa nümayəndələr iştirak ediblər.