Macarıstanın Debresen Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru, professor Laszlo Erdey Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

 

Professor Laszlo Erdey təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən və inkişaf mərhələlərindən danışıb. Onun sözlərinə görə,  hər iki universitetdə uyğun ixtisaslar olduğu üçün əməkdaşlıq etmək mümkündür və belə bir niyyətləri var.

 

Görüşdə hər iki universitet arasında əməkdaşlıq sahələri- təhsil, ikili diplom, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqat işləri, nəşr, layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilib, əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.