Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas və konsulu Mariya Anjelika Stir Varela Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

 

Görüş zamanı qonaqlar AMEA-nın təsisçilərinin büstlərindən ibarət qalereya ilə, Nadir fondda saxlanılan qədim kitablarla, MEK-in Vikipediya, Milli Rəqəmsal Yaddaş şöbələri və oxu zalları ilə tanış olublar.

 

Görüşdə AMEA və Kolumbiyanın Mədəniyyət Nazirliyi arasında imzalanmış Memorandumun icrasına dair məsələlər müzakirə olunub.

 

Səfir MEK-ə Qabriel Qarsiya Markesin əsərlərinin ispan dilində nəşrini, Leyla İmanova isə MEK tərəfindən diplomata İ.Nəsiminin  əsərlərinin iki cildliyini və “Qarabağ: əsrlərin salnaməsi” nəşrini hədiyyə edib.

 

Göstərilən diqqətə görə MEK kollektivinə təşəkkürünü bildirən qonaqlar məhsuldar əməkdaşlığın davamına əminliklərini ifadə ediblər.