Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.

 

Qeyd edək ki, “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir.  Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib.  “ASELSAN-Bakı”nın əsas fəaliyyətini ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir.

 

Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək,  bu sahədə Texniki Universitetin geniş potensialı olduğunu bildirib. Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu  və bu istiqamət üzrə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını vurğulayıb. 

 

Əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində  “ASELSAN-Bakı” şirkətində staj keçəcəklər.  “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və şirkətin stajoru olacaq tələbələr müəyyən imkanlar əldə edəcəklər.