İtaliyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun əməkdaşları Dr. Klaudio Ferrari, Dr.Giovanni Attolini, Dr. Sara Beretta və gənc mütəxəssis Francesco Rispoli Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Fizika İnstitutunda qonaq olublar.

 

Səfərdə məqsəd AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) elmi əməkdaşlığa dair Saziş və Əməkdaşlıq Proqramına əsasən, 2018-2019-ci illər üçün müsabiqədə qalib olmuş “Partlayıcı sensorlar üçün germanium və karbon nanostrukturlarıbaşlıqlı layihə çərçivəsində  aparılmış tədqiqat işlərini və nəticələri müzakirə etmək olub.  İki gün davam edən ezamiyyət müddətində “Bionanostrukturlar fizikası” laboratoriyasının aparıcı elmi işçisi Nahidə Musayevanın rəhbərliyi ilə  laboratoriyada təcrübələr aparılıb,  əldə olunan nəticələr müzakirə olunub və növbəti iş planı tərtib edilib. 

 

Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.