AMEA Coğrafiya institutu Geomorfologiya və təbii risklər şöbəsinin bir qrup əməkdaşı Quba rayonundan ekspedisiyadan qayıdıb.

 

Şöbənin elmi-tədqiqat planına uyğun olaraq, Böyük Qafqazın Şimal-şərq yamacı relyefinin ekoloji geomorfoloji şəraitini tədqiq edən dəstə üzvləri Şahdağ-Qızılqaya  massivində,  Mıxtökən silsiləsində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində olub, Şahnabadçay-Qusarçay-Qudialçay hövzələrində, Ləzə kəndi və ətraf ərazilərdə tədqiqat aparıblar.