Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi  münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində yenicə Xalq artisti adını alan, estrada müğənnisi Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər.

 

Tədbiri BDU-nun Həmkarlar İttifaqı Komitəsi təşkil edib. Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün təhsil ocağının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Nailə Mirmmədlinin bəstələrini ifa edən  Röya Ayxan tələbələrə xoş anlar yaşadıb.