Azərbaycan alimi, kimya elmləri doktoru, professor Abas Çayxorskinin kitabı

 

Neft-Kimya Prosesləri İnstitutu tərəfindən nəşr etdirilib.  Kitab  “Kimyəvi elementlərin dövri sisteminin quruluşunun yeni variantı” adlanır. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planı çərçivəsində  azərbaycan, rus və ingilis dillərində çap olunub. Kitabın ön səhifələrində 2008-ci ildə vəfat ermiş Çayxorski haqqında maraqlı məlumatlar verilib. Kitab kimyanı sevənlər, o cümlədən şagirdlər, bakalavr və magistr təhsili alanlar, doktorantlar, elmi-tədqiqat işləri aparan alimlər, kimya müəllimləri üçün dəyərli vəsaitdir.

 

Bu il dövri qanunun kəşfinin 150 illiyi dünya miqyasında qeyd olunur. Abas Çayxorskinin bu kitabı dünya miqyaslı yubiley üçün ən dəyərli hədiyyədir.