Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və “British Council” in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) olublar.

 

Qonaqlar universitetin rektoru və əməkdaşları ilə qısa görüşdən sonra ali məktəblə və Creative Spark layihəsi çərçivəsində reallaşdırılan işlərlə tanış olublar. Həmçinin, “Creative Spark” proqramı çərçivəsində təşkil edilən English Club-ın açılış mərasiminə qatılaraq,  dərs prosesini izləyiblər. Qeyd edək ki, English Club 6 ay davam edəcək və tələbələrə ödənişsiz ingilis dili tədris olunacaq.

      

Qonaqlar Lester Universitetinin eksperti Emily Christine tərəfindən keçirilən “Creative Spark” vorkşopuna da qatılıb, eləcə də AzMİU-da fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun dəstəyi ilə hazırlanan Start-up layihələri ilə tanış olub, ölkə üzrə qalib adını alan tələbələr və müəllimlərlə söhbət də aparıblar.