Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.

 

Sərgidə universitet tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətli yaradıcı iş gəmi maketidir,  dəyəri 5 min manatdan baha qiymətləndirilir.  

 

Qeyd olunduğuna görə sərgidə nümayiş etdirilən bütün əl işi və rəsm əsərləri şifrələnib və qaliblərin seçimi gizli üsulla aparılır. 

 

Qaliblərin  mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.