AzTU ilə “İDRAK Texnoloji Transfer” şirkətinin birgə layihələr hazırlığı

Azərbaycan Texniki Universitetinin (AzTU) “İDRAK Texnoloji Transfer” MMC ilə birgə layihələr hazırlaması planlaşdırılır.

 

Universitetdən bildirilib ki, ali məktəblə adıçəkilən MMC arasında əməkdaşlıq əlaqələri mövcuddur və  universitet-sənaye iş birliyi çərçivəsində nəzəri, praktiki təlimlər  keçiriləcək.

 

Məlumat üçün bildirək ki, AzTU-nun tələbə və məzunlarının bir sıra müsabiqələrin qalibi olmuş texnoloji həlləri “İDRAK Texnoloji Transfer” MMC tərəfindən dəstəklənir və bu layihələrin əmək bazarına transferi istiqamətində konkret addımlar atılır.

 

 



13.10.2020 | 12:10