Azərbaycan Texniki Universitetinin (AzTU) “İDRAK Texnoloji Transfer” MMC ilə birgə layihələr hazırlaması planlaşdırılır.

 

Universitetdən bildirilib ki, ali məktəblə adıçəkilən MMC arasında əməkdaşlıq əlaqələri mövcuddur və  universitet-sənaye iş birliyi çərçivəsində nəzəri, praktiki təlimlər  keçiriləcək.

 

Məlumat üçün bildirək ki, AzTU-nun tələbə və məzunlarının bir sıra müsabiqələrin qalibi olmuş texnoloji həlləri “İDRAK Texnoloji Transfer” MMC tərəfindən dəstəklənir və bu layihələrin əmək bazarına transferi istiqamətində konkret addımlar atılır.