Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “8 mart 8 qadın təqaüd proqramı”nın qalibi olub.
 
BANM-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının IV kurs tələbəsi Samirə Qəribova təqaüd qazanıb.
 
“ATL Academy”, “ATL Tech”, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə baş tutan proqramın seçim prosesi 3 mərhələdən ibarət olub.
 
Məqsəd informasiya texnologiyaları və proqramlaşdırma sahəsində qadınların iştirakını dəstəkləməkdir.