Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin budəfəki qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub. 
 
Yalçın Rəfiyev “Azərbaycanın COP29-a sədrliyi: prioritetlər və gözləntilər” mövzusunda çıxış edib. Nazir müavini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un məqsədləri, miqyası və hədəfləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. 
 
Yalçın Rəfiyev həmçinin iqlim dəyişmələri və onun nəticəsində yaranan qlobal problemlərin həllinə töhfə verməyin Azərbaycanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb.  
 
Tədbirdə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Nazirliyin tabe qurumlarının əməkdaşları da iştirak ediblər. Eyni zamanda, Naxçıvan MR Təhsil Nazirliyinin və regional təhsil idarələrinin 400-dək əməkdaşı onlayn formatda görüşə qoşulublar.
 
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb. 
 
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində bu cür görüşlərin müntəzəm şəkildə təşkili nəzərdə tutulur.