Məktəblilərimiz VIII Avropa Fizika Olimpiadasında uğurla çıxış ediblər.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, 15-19 iyul 2024-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Avropa Fizika Olimpiadası (EuPhO 2024) təşkil edilib.

 

55 ölkədən 400 iştirakçının qatıldığı müsabiqədə Kaspi Liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medal, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medal, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli isə həvəsləndirici mükafat qazanıb.