"Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən cari ilin II yarım ilində 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirməsi həyata keçiriləcək".
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabat tədbirində bildirib.
 
O bildirib ki, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Azərbaycan İdman Akademiyasında, Bakı Dövlət Universitetinin Qazax filialında, Bakı Slavyan Universitetində və Sumqayıt Dövlət Universitetində qiymətləndirmə həyata keçiriləcək.
 
Günel ABBAS