Əvvəllər məzmunla əlaqəli uyğunsuzluqlar hər il müşahidə olunurdu.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "VII ADA 2024" Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
 
DİM sədrinin sözlərinə görə, müəllim özü bilmədiyini auditoriyaya da öyrədə bilməz: "Kurikulum sisteminin tətbiqinin ilk nəticəsində müşahidə etdik ki, bu, tədris prosesində əhatə olunmayıb. Bunun da imtahan nəticəsinə təsiri məlum idi".
 
M.Abbaszadə əlavə edib ki, 2013-cü ildə birinci sinfə gedən 100 % şagirddən 32.9 %-i 2023-cü ildə ali məktəblərə qəbul olub.
 
"22.3 % şagird isə ali məktəb və kolleclərə qəbul olmayıb. 9.6 % şagird isə 11-ci sinifdən sonra universitet və kollec üçün sənəd verməyib. 7.7 %-i peşə məktəblərinə və ümumi orta təhsil bazasında kolleclərə qəbul olub", - Məleykə Abbaszadə vurğulayıb.