Müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
 
Qeyd edək ki, namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
 
Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.