Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə agentlikdən məlumat verilib.
 
Bildirilib ki, M.Hacıbəyov Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.
 
Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.