Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ibtidai sinif və musiqi fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
 
Qeyd edək ki, apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.