Türkiyənin “Erbakır Fen Lisesi”nin direktoru Seda Hilal Nişancının rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
 
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, qonaqlar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə tanışlıq məqsədilə Azərbaycana səfər ediblər. Səfər Ali Məktəb ilə Təhsil Kompleksinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.
 
Kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.
 
Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.