Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, qonaq AzTU-nun rektoru professor Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonağa ətraflı məlumat verib.
 
Ekrem Savaş Uşak Universitetinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.