Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil ediləcək 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə 4-19 iyul tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində xüsusi laboratoriya hazırlıq dərsləri keçirilib.
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 4 şagird Türkiyə yığma komandası ilə bərabər praktiki dərslərə qoşulub.
Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
![Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib](photos/9y34r7yüiugfü.jpeg)
![Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib](photos/2048r27roüefuhü.jpeg)
![Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib](photos/uiehdy726837r2oqfdq.jpeg)
![Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib](photos/WhatsApp-Image-2024-07-19-at-15.35.55-1-300x300asüertyuiop.jpeg)