Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil ediləcək 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə 4-19 iyul tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində xüsusi laboratoriya hazırlıq dərsləri keçirilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 4 şagird Türkiyə yığma komandası ilə bərabər praktiki dərslərə qoşulub.
 
Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.


19.07.2024 | 15:59