"Azərbaycan müəllimi" qəzetinin yeni loqosunu təqdim edirik.
 
Milli dəyərlər və təhsil vurğularını özündə əks etdirən bu loqo bir neçə elementi birləşdirir: İnsan, kitab (qəzet), qələm və səkkizguşəli ulduz.
 
İnsan simvolu: Loqonun ətrafını əhatə edən minimalizə edilmiş bu simvollar həm cəmiyyətə, həm də müəllimə vurğu edir.
 
Kitab simvolu: Təhsilin əsas atributu olan bu təsvir açıq kitab və qəzetə işarə edir.
 
Səkkizguşəli ulduz simvolu: Dövlət bayrağındakı ulduzun eynisi olan bu təsvir Azərbaycanda təhsilin önəmini və müəllimlərin milli dəyərlərə bağlılığını göstərmək məqsədilə seçilib. Eyni zamanda bu ulduzun mərkəzdə yer alması Azərbaycan müəlliminin gücünün və missiyasının vacib bir qismini milli dəyərlərimizdən aldığına işarədir.
 
Qələm simvolu: Həm təhsili, həm də “Azərbaycan müəllimi” qəzetinin məzmununu ifadə edən bu təsvir mətbuata işarə edir.
 
Beləliklə, 1934-cü ildən nəşrinə başlanmış "Azərbaycan müəllimi" qəzetinin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə elan edilmiş rebrendinq müsabiqəsinin qalibi bəlli olub.
 
Müsabiqənin qalibi qrafik dizayner Nərmin Fərzəliyevadır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.  O həmçinin "Baku Design Academy"ni fərqlənmə diplomu ilə bitirib. Hazırda isə “Maverick” Agentliyində qrafik dizayner olaraq çalışır.
 
Nərmin Fərzəliyevanı 90 illik tarixin bir parçası olması münasibətilə təbrik edirik!