DİM-də ilk dəfə rus dili xarici dil kimi imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) ilk ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.

 

DİM-dən bildirilib ki, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

 

İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

 

 



02.02.2021 | 16:56