1 namizəd dillər üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri ilə uyğunlaşdırılmış ТРКИ imtahanın ən yuxarı səviyyəsi–C2 üzrə imtahan verib


Dövlət İmtahan Mərkəzində (DİM) ilk ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.

 

DİM-dən bildirilib ki, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

 

İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.