GDU “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq konfransda təmsil olunub

Rumıniyanın Lucian Blaga Sibiu Universiteti və Brasov Transilvania Universitetinin ev sahibliyi, Gəncə Dövlət Universitetinin (GDU)  beynəlxalq kredit mobilliyi proqramında tərəfdaş olduğu Limerik Texnologiya Universitetinin təşkilatçılığı ilə “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq konfrans keçirilib.

 

Onlayn konfransda dünyanın İrlandiya, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya, Slovakiya, Türkiyə kimi müxtəlif ölkələrindən 400-ə yaxın informasiya və media savadlılığı sahəsində olan mütəxəssislər bir araya gəlib.

 

Sözügedən tədbirdə Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin əməkdaşları təmsil edib.

 

 



15.03.2021 | 15:20