Rumıniyanın Lucian Blaga Sibiu Universiteti və Brasov Transilvania Universitetinin ev sahibliyi, Gəncə Dövlət Universitetinin (GDU)  beynəlxalq kredit mobilliyi proqramında tərəfdaş olduğu Limerik Texnologiya Universitetinin təşkilatçılığı ilə “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq konfrans keçirilib.

 

Onlayn konfransda dünyanın İrlandiya, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya, Slovakiya, Türkiyə kimi müxtəlif ölkələrindən 400-ə yaxın informasiya və media savadlılığı sahəsində olan mütəxəssislər bir araya gəlib.

 

Sözügedən tədbirdə Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin əməkdaşları təmsil edib.