UFAZ-ın magistratura proqramına 80 yer ayrılıb | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramına (II cəhd) qəbul başlayır.
UFAZ-dan bildirilib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistratura imtahanından 50-dən yuxarı bal toplayan bakalavrlar bu proqramda iştirak edə bilərlər.
UFAZ-ın magistratura üzrə keçiriləcək qəbul imtahanında (II cəhd) iştirak etmək üçün ərizələrin qəbulu 26 may tarixindən başlayacaq və 2 iyun saat 23:59-dək davam edəcək. Qəbul imtahanı isə 3 - 9 iyun tarixlərinə planlaşdırılıb.
Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.
Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir.
Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.
İmtahanın nəticələri 11 iyunda elan olunacaq.
|
|
25.05.2021 | 16:17 | |
|
|
|