Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramına (II cəhd) qəbul başlayır.

 

UFAZ-dan bildirilib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistratura imtahanından 50-dən yuxarı bal toplayan bakalavrlar bu proqramda iştirak edə bilərlər.

 

UFAZ-ın magistratura üzrə keçiriləcək qəbul imtahanında (II cəhd) iştirak etmək üçün ərizələrin qəbulu 26 may tarixindən başlayacaq və 2 iyun saat 23:59-dək davam edəcək. Qəbul imtahanı isə  3 - 9 iyun tarixlərinə planlaşdırılıb.

 

Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.

 

Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

 

Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

 

İmtahanın nəticələri 11 iyunda elan olunacaq.