Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov iyulun 26-da vətəndaşları qəbul edib.
 
"Azərbaycan müəllimi"xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
 
Qəbul zamanı  müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi,  lisey və gimnaziyalara şagird qəbulu, həmçinin digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə də baxılıb.