Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirmək şansı qazanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə UNEC-dən məlumat verilib. Bildirilib ki, 11 tələbə ikili diplom proqramı çərçivəsində Fransanın Monpelye Universitetində alacaq. Onlar 4-cü kursda təhsillərini UNEC-də davam etdirərək hər iki universitetin diplomunu əldə edəcəklər.
Yeddi tələbə isə mübadilə proqramı ilə payız semestrində İspaniya, Almaniya, İtaliya, Polşa və Rusiyanın Malaqa, Ziqen, Sapienza, Kozminski, Sankt-Peterburq universitetlərində təhsil almaq hüququ qazanıb.
![UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək](photos/12075_b9854ba34fccf779774ef8913db27eabUNECQED.jpg)
![UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək](photos/12075_243f6a6244e7d9cc0cde35ec9815e4aeQ8EYQYTFE.jpg)