İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbula başlanılır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bağça seçiminə 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-dən, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-dən etibarən start veriləcək.
 
Bildiririk ki, qeyd edilən boş yerlər üzrə növbələr 5 gün keçdikdən sonra sorğuya çevriləcək.
 
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az  elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.